Nazirlik məktəb ləvazimatlarının qiymətlərini qaldıranlara qarzı mübarizəyə bazladı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və Azərbaycanın regionlarında uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətləri ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə nazirliyin məlumatında bildirilir.
?Bu yoxlamaların aparılmasında məqsəd yeni dərs ilinin yaxınlaşması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətinin süni şəkildə artırılmasının qarşısını almaqdan ibarətdir. Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək?, - deyə məlumatda vurğulanır.
Dövlət Xidməti həmçinin istehlakçıları uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində artım halları ilə qarşılaşdıqda məlumat verməyə çağırır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsasnaməsi 26 dekabr 2009-cu ildə Azərbaycan prezidenti tərəfindən təsdiqlənib. (əlaqə telefonu: 498-15-01, 498-15-04).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19