Bu gün milli azadlıq hərəkatının iştirakçıları və ictimaiyyət nümayəndələri eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədir Mirmahmud Mirəlioğlu, AXP lideri Pənah Hüseyn və başqaları mərasimə birlikdə qatılıblar. Ziyarət zamanı çıxışlar olub, mərhumun ruhuna dualar oxunub. Qeyd edək ki, bu gün mərhum Ə. Elçibəyin vəfatının 11-ci ildönümüdür. Ə. Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.