Aygün Kazımova özünü ən kiçik ölçüyə qədər arıqlatdı
Türkiyənin Bodrum şəhərində istirahət edən xalq artisti Aygün Kazımova bədən ölçülərini ən kiçik ölçüyə endirməyi bacarıb. ANS PRESS-in məlumatına görə, xalq artisti üçün son hazırlanan paltarın ölçüsü S-dir. Sözügedən libası dünyaca məşhur dizayner Aşiş (Ashish) eksklüziv olaraq hazırlayıb.
Aygün Kazımova həmin libası gələn həftədən çəkilişlərinə başlayacağı "Düşün məni" mahnısının klipində geyinəcək. Xalq artistinin mətbuat xidmətindən verilən məlumata görə, dizaynerlə danışıqları "Paparazzi" geyim butiki aparır və geyim avgustun 26-da Londondan Bakıya gətiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47