AXCP Ali Məclisi toplandı
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisin iclası keçirilib. Bu barədə MİA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.
Onun sözlərinə görə, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın vəzifələri və digər məsələlər müzakirə olundu: ?Müxalifətçilərə qarşı repressiaların, məhkəmə proseslərinin gedişi, bir də təşkilatlanma ilə bağlı fikir mübadiləsi apardıq. Rayon təşkilatlarının hesabatını dinlədik, İctimai Palatanın yaranması ilə bağlı vəziyyəti bir daha nəzərdən keçirdik. Eyni zamanda indiki dönəmdə vəzifələrimizin müəyyən edilməsi ilə bağlı xüsusi təlimatları təqdim elədik. Əsas hiss olunan və müsbət cəhət ondan ibarət idi ki, bu repressiyalar partiya daxilində heç bir psixoloji gərginlik yaratmayıb, əksinə insanların mübarizlik əhval-ruhiyyəsini yüksəldir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51