Tanınmış xanəndə, Gəncədəki "Göy göl" ansamblının solisti Rövşən Behcət 66 yaşında ağır xəstəlikdən Bakıdakı evində vəfat edib. Bu barədə ANS PRESS-ə Rövşən Behcətlə birgə "Göy göl" ansamblını yaradanlardan biri, məhşur tarzən Fikrət Verdiyev məlumat verib. Onun sözlərinə görə, mərhumla vida mərasimi avqustun 19-da saat 12-dən 15-dək kimi Gəncə Dövlət Dram Teatrında olacaq. Xanəndə Gəncədəki İmamzadədə dəfn olunacaq. Ailəli idi, dörd övladı qalıb. Allah rəhmət eləsin!