Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində hərbi maşın karvanı minaya düşüb. Nəticədə 8 türk əsgəri həlak olub, 9 nəfər yaralanıb. Hazırda partlayış baş verən yerdə terrorçularla atışma davam edir, bölgədə xüsusi əməliyyat keçirilir. Əməliyyata döyüş vertolyotları da cəlb olunub. Yaralılar vertolyotla Hakkari hərbi hospitalına çatdırılıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.