Burcu Günəz bəstəkar Kamalın mahnısını oxuyub
?Azərbaycanda dostlarım çoxdur. Nahid Emiloğlu başda olmaqla Azərbaycan xalqını sevirəm və qardaş ölkədə konsert vermək istəyirəm. Bu istəyimi də Nahid bəyə bildirmişəm?. ANS PRESS-in məlumatına görə, Burcu Günəş bu sözləri Türkiyədə yaşayan azərbaycanlı təşkilatçı Nahid Emiloğlunun onun üçün təşkil etdiyi doğum günü partisində söyləyib.
Tez bir zamanda Azərbaycana gəlmək arzusunu və çox sevdiyi xalqımızın qarşısında konsert proqramı ilə çıxış etmək arzusunu dilə gətirən müğənni azərbaycanlı bəstəkar Kamalın ?Daha gəlsən, gəlməsən də? mahnısı ilə bağlı düşüncələrini belə bildirib: ?Bəstəkar Kamal bəyin bütün yaradıcılığını izləyirəm. Mahnıları haqda yalnız bir söz deyə bilərəm ki, hər birinə xəstəyəm. Onun bu mahnısı ürəyimə çox yaxındır və sevə-sevə oxudum. Bununla Kamal bəylə əməkdaşlığa son qoymaq fikrində deyiləm və onun hələ çox mahnısını oxumaq arzusundayam".
Nahid Emiloğlu isə Burcu Günəşin ifasında bu mahnının tam hazır versiyasını yaxın günlərdə bəstəkar Kamala göndəriləcəyini və müəllifdən razılıq aldıqdan sonra radio dalğalarında yayımlanmağa başlanacağını bildirib.
N.Emiloğlu onu da qeyd edib ki, bu mahnıya möhtəşəm klip çəkilişi də nəzərdə tutulur: ?Burcu Günəşin səs effektləri olduqca yüksəkdir. Bu mahnı onun ifasında inanılmaz dərəcədə gözəl alınıb. Mahnının bu ifada da Azərbaycanda çox seviləcəyinə əminəm. Hələ çoxsaylı sürprizlərimiz olacaq ki, bunlar haqda öncədən məlumat vermək istəmirəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47