Lalə Şövkətin hakimiyyətdən Mütəllibov tələbi
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət eks-prezident Ayaz Mütəllibova qarşı qaldırılan cinayət işi ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda bildirilir ki, A.Mütəllibova qarşı irəli sürülən ittihamlar siyasi xarakterlidir və heç bir hüquqi əsası yoxdur.
Bu səbəbdən də Lalə Şövkət eks-prezidentə qarşı qaldırılan cinayət işinə xitam verilməsini istəyir. Bundan əlavə, ALP lideri "Eks-prezdentlərin statusu haqqında" Qanunun qəbulunu və onun Ayaz Mütəllibova da şamil edilməsini, onun Azərbaycanda yaşaması üçün normal şəraait yaradılmasını tələb edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51