Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. İclasda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti barədə məlumat verib. O, 22 avqust- Savalanı ziyarət günü münasibəti ilə Partiyanın Sədr Aparatında müzakirələr aparıldığını və Tədbirlər Planı hazırlandığını bildirib. Qərara alınıb ki, Fəxri Xiyabanda Elçibəyin ziyarəti 22 avqust saat 11 00- başlanılsın. İclasda ölkədəki mövcud ictimai siyasi vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda; -bir neçə ay öncə pensiyaların artırılması ilə bağlı prezident sərəncamının imzalanmasına baxmayaraq sərəncamın bir çox yerlərdə yerinə yetirilməməsi və pensiyaların vətəndaşlara çatdırılmaması; -son zamanlar orduda ölüm hallarının artmasının davamlı xarakter alması; -mülkiyyət hüquqlarının kütləvi halda pozulması, tarix mədəniyyət abidələrinin dağıdılması; -2011- ci ilin əvəllərində dövlət başçısının Bakı və Bakı ətrafı evlərin, tikililərin sənədləşməsi ilə bağlı imzaladığı sərəncamın icra olunmaması kəskin pislənilir, Azərbaycan hakimiyyətindən bütün bu qanunsuzluqlara son qoyulması tələb olunur.