Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan prezidenti İlham Əliyevlə sabah Soçidə keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli, Xəzərin statusu və ikitərəfli münasibətlər müzakirə olunacaq. Bu barədə məlumatı Kremldəki mənbələrə istinadən ?İnterfaks? agentliyi yayıb. Həmçinin görüşdə oktyabrda Bakıda iki ölkənin rəhbərlərinin patronajı altında keçiriləcək I Beynəlxalq Humanitar Foruma hazırlıq müzakirə edəcək.