Azərbaycanla Türkiyə arasında qaz danızıqları bərpa olunur
Azərbaycanla Türkiyə arasında qaz danışıqlarının növbəti mərhələsi bu ayın sonunda başlanacaq. Danışıqlarda ?Şahdəniz? perspektiv yatağının işlənməsi layihəsinin tərəfdaşları arasında hasil olunan qazın nəqli ilə bağlı məsələlər müzakirə olunacaq. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Bakıya səfərindən dərhal sonra Azərbaycanla Türkiyə arasında qazın nəqli ilə bağlı danışıqlar bərpa olunub.
?Türkiyənin BOTAŞ şirkəti ilə ?Şahdəniz? perspektiv yatağının tərəfdaşlarının görüşü keçirilib. Tərəflərin danışıqları 3 gün davam edib. Danışıqların ikinci mərhələsinə avqustun 26-da start veriləcək. Hesab edirəm ki, biz sənədlərin böyük paketini nəzərdən keçirməliyik, çünki bır sıra müzakirə ediləsi məsələlər var?,- deyə ARDNŞ rəhbəri Rövnəq Abdullayev əlavə edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50