YAP Nəsimi rayon təşkilatı daha bir sosial istiqamətli tədbir keçirir. Təşkilat bu dəfə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Xəstəxanasına ziyarət təşkil edəcək. Rayon təşkilatı orada ruhi xəstəlikdən əziyyət çəkən və cəmiyyətdən təcrid olunmuş xəstələrlə görüşəcək. Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi əsəb Xəstəxanasında keçiriləcək görüş avqustun 6-da olacaq. ?Bu görüşün Müqəddəs Ramazan ayına təsadüf etməsi ona özünəməxsus dəyər qatır?-deyə YAP Nəsimi rayon təşkilatından bildirilib.