Azərbaycanın Xalq artisti Səyavuş Aslan ötən gecə ağır şəkər diaqnozu ilə 4 saylı xəstəxanya yerləşdirilib. O müəyyən müddət koma vəziyyətində qalıb. Hazırda Səyavuş Aslan komadan çıxsa da, onun vəziyyəti ağır və qeyri-stabil olaraq qalır. Xatırladaq ki, S.Aslan ötən il dekabrın 11-də beyin qan dövranın kəskin pozulması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O zaman bir neçə həftə müalicədən sonra həkimlər onu evə yazmışdılar.