Sabir Rüstəmxanlı ABŞ səfirliyinin katibilə görüzdü
Bu gün saat 11:00-da Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin ikinci katibi Rayan T.Kembel VHP sədri Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə görüş keçirib.
VHP Mətbuat və informasiya xidmətindən MİA-ya bildirilib ki, görüşdə əsasən bölgədəki vəziyyət, Azərbaycanın öz qonşuları - Rusiya, İran, Gürcüstan, xüsusilə Türkiyə ilə münasibətləri, iqtisadi-siyasi və mədəni-mənəvi əlaqələri müzakirə olunub. Türkiyədə baş verən son proseslər, ordu komandanlarının istefası və bu istefaya Azərbaycan ictimai fikrinin reaksiyası görüşün əsas danışıq mövzusunu təşkil edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50