Türkiyənin Müstəqil Van millət vəkili Aysel Tuğluk həbs edilib. O, terror təşkilatını təbliğ etməkdə ittiham edilir. Keçən ilin martın 17-də Yüksekova mahalındakı çıxışından sonra Van Respublika Baş prokurorluğunda aparılan istintaq nəticəsində Van Ağır Cəza məhkəməsində haqqında dava açılan millətvəkili Tuğluka 2 il həbs cəzası verilib.