Vidadi isgəndərli aclıq aksiyasını dayandırıb
Həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərli iyulun 28-dən başladığı aclıq aksiyasını iyulun 30-da dayandırıb. Bu haqda məhkəmədə Vidadi İsgəndərlinin özü məlumat verib. O deyib ki, aclıq aksiyasını saxlanma şəraitinin ağır olmasına görə keçirib.
Göyçay rayon Məhkəməsində avqustun 2-də davam etdirilən məhkəmə prosesində zərərçəkən və şahidlər dindirilib. Zərərçəkənlərdən biri Şərafəddin Bayramov bildirib ki, o, Vidadi İsgəndərlini tanımır: ?Mən istintaqda başqa söz demişəm, müstəntiqlər başqa şey yazıblar?.
Məhkəmə prosesi şahid ifadələri ilə davam edir.
Vidadi İsgəndərli CM-nin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir. Müdafiə tərəfi ittihamları saxta adlandırır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51