Müstəqil Azərbaycanın ilk özəl banklarından biri olan Parabank hal-hazırda 30 000-dən artıq hüquqi və fiziki şəxslərə xidmət göstərir. Müştərilərin sayını artırmaqla yanaşı Parabank əməkdaşlıq etdiyi müştərilərin məmnunluğunu və rahatlığını əsas məqsəd kimi qarşısına qoyur. Məhz bu baxımından 2011-ci ilin İyul ayından etibarən Parabank Loyallıq Layihəsinə start verib. Bu layihənini tətbiqi ilə Parabank bir neçə məqsədlər güdür. Əsas məqsəd ? daimi və etibarlı müştərilər üçün əlverişli və faydalı şərtlər yaratmaqla məmnunluğunu qazanmaq və əməkdaşlığı möhkəmləndirmək. Digər məqsəd isə - sosial xarakteri daşıyır və banka müraciət edən vətəndaşları kredit alarkən yaranan bütün öhdəliklər haqqında təlimatlandırmaqdan və onların müsbət kredit tarixcələrinə sahib olmaqlarını təmin etməkdən ibarətdir. Qeyd edək ki, Parabank Loyallıq Proqramı çərçivəsində etibarlı və daimi müştərilərinə növbəti kreditin alınmasında mühüm güzəştlər tətbiq edir ? faiz dərəcələrində, kimision haqqında, müddətində, güzəşt dövründə və s. Əlavə məlumat üçün Parabankın 139 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.