Bu gün Azərbaycanın xalq artisti, aktyor Fəxrəddin Manafovun ad günüdür. F.Manafov avqustun 2-də 1955-ci ildə Xankəndində dünyaya gəlib. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə ?Yuğ? Dövlət teatrında aktyor vəzifəsində çalışıb. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına ?Azərbaycanfilm? kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti Fəxri adlarına layiq görülüb. F.Manafov ?Əlvida, cənub şəhəri?, ?Ölsəm? Bağışla?, ?Təhminə?, ?Gecə qatarında qətl?, ?Otel otağı?, ?Hökmdarın taleyi? kimi filmlərdən tamaşaçılara yaxşı tanışdır. ANN.Az