Azərbaycan Sarkisyanın son bəyanatı ilə bağlı BMT-yə etirazı məktubu göndərib
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan prezidentinin son bəyanatlarına BMT səviyyəsində kəskin etirazını bildirib. BMT-nin mətbuat mərkəzindən verilən məlumata görə, müvəqqəti işlər vəkil Tofiq Musayev BMT baş katibinə məktubunda diqqəti Ermənistan prezidenti Serj Sarkisyanın iyunun 22-də Avropa Şurası Parlament Assembleyası, habelə Ukraynaya rəsmi səfəri zamanı gənc zabitlərin ilk ordu konfransında çıxışlarına yönəldib.
Məktubda deyilir ki, bu bəyanatlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin kökündə duran səbəbləri, müharibənin gedişini və nəticələrini hay-küylə təhrif etməyin ən utanmaz nümunəsidir.
Məktubda bildirilir ki, Azərbaycan erməni tərəfinin təxribatçı əməllərinə və bəyanatlarına kəskin etirazını bildirir və təcavüzkarın törətdiyi cinayətlərə görə cəzasız qalmasının təzahürü kimi qiymətləndirir. Azərbaycan hesab edir ki, Ermənistan rəhbərliyinin nümayişkaranə ritorikası münaqişənin həlli prosesinə inamsızlıq yaratmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq və Ermənistan əhalisinin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq məqsədi güdür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50