Nəqliyyat Nazirliyinin ?Bakı sərnişin nəqliyyat? MMC-yə sərnişin daşıma üzrə D kateqoriyası olan sürücülər tələb olunur. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, belə dərəcəsi olan sürücülər MMC-nin ofisinə - Ağasadıq Gəraybəyli, 29-a müraciət edə bilərlər (əlaqə telefonu 561-50-06). ?Bakı sərnişin nəqliyyat? MMC-dən bildirilib ki, hazırda MMC-yə yaşı 21-dən aşağı olmayan təqribən 300 nəfər sürücü lazımdır. Amma MMC-nin kadrlar şöbəsindən bildiriblər ki, işçi sayı üçün limit yoxdur, müraciət edənlərin hamısı ilə söhbət aparılacaq. Kadrlar şöbəsinin rəis müavini Nizami Rüstəmov bildirib ki, D kateqoriyası olmayanlar da müraciət edə bilərlər: ?Əgər onun B, C dərəcəsi və 3 il stajı varsa, onlar D kateqoriyası üzrə oxumağa da göndərilə bilər?. İşə götürülən sürücülər Bakıdakı sərnişin avtobuslarında sürücü kimi çalışacaqlar.