Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyi ?İl-76? yük təyyarəsi qəzasının rayonuna getmək və ya ən azı oradan hər hansı doğru xəbər gətirmək məqsədilə bu quruma müraciət edib. Azərbaycanın NATO yanındakı nümayəndəsi Xəzər İbrahim qəza nəticəsində həlak olmuş vətəndaşların cəsədlərini yerdən götürülməsi üçün NATO tərfindən yardım istədiklərini bildirib. ?Hazırki vəziyyətlə bağlı biz yenidən NATO-ya müraciət etmişik. Onlar da əllərindən gələcək köməyi bizə göstərcəklərinə söz vermişdilər. Artıq NATO-nun burada fəaliyyətindən nəsə asılı ola bilər. Amma digər tərəfdən hadisə Əfqanıstanda baş verib. Bildiyim qədər ora çox ağır bir regiondur?.