Parabank müştərilərin bütün kredit məhsullarından daha da rahat və asan yararlana bilməsi üçün kreditlərin şərtlərinə və faiz dərəcələrinə mütəmadi olaraq nəzər yetirir və bu şərtləri onların imkanları və ehtiyaclarına müvafiq olaraq yüngülləşdirir. Buna əyani sübut olaraq mobil rabitə operatoru işçilərinə əmək haqqının 5 mislinə qədər illik 18 %-lə 24 ay müddətinə kreditlərin verilməsinə başlanmışdır. Bu krediti əldə etmək istəyən hər bir mobil rabitə operatorunun işçisi 6 ay staj olmaqla, iş yerindən arayış təqdim edərək bu krediti əldə edə bilər. Müştəriyə yalnız bir nəfər şəxsin zamin olması tələb olunur. Bu kreditin digər üstünlükləri isə cüzi komisyon haqqının olması, kreditin tez bir zamanda əldə olunmasından və təkrar kreditin daha əlverişli şərtlərlə verilməsindən ibarətdir. Bu kreditdən yaralanmaq və ya əlavə məlumat əldə etmək üçün 139 Banka Zəng xidmətindən faydalana bilərsiniz!