Azərbaycanda da qızıl bahalazdı
Dünyada qızılın qiymətində tarixi rekord qeydə alınıb. ?Bloomberg?in verdiyi məlumata görə, Nyu-York birjasında qızılın 1 unsiyası, yəni 33,3 qramı 1579,1 dollara satılıb. Şanxay birjasında isə bu gün səhər saatlarında 1 qram qızıl 50,4 dollara təklif olunub.
Dünya bazarında qızılın qiymətinin artması Azərbaycana da öz təsirini göstərib. ANS-in Moskva Univermağında apardığı araşdırma nəticəsində məlum olub ki, 1 qram qızılın qiyməti 30-50 manat arasında dəyişir. Satıcı Məmməd Rəhimov da qızılın qiymətinin 5-6 manat bahalaşdığını bildirib. Satıcının sözlərinə görə, bu rəqəm son 20 ildə mütləq rekorddur.
Alıcı Nargilə Məmmədova isə xeyir iş üçün qızıl almaq istədiyini ancaq qiymətlərin bahalığı ucbatından istədiyi qızıl ala bilmədiyini qeyd edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19