Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoannis A.Metaxasla görüşüb. Partiyadan verilən məlumata görə, görüşdə Azərbaycan-Yunanıstan əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, regionumuzdakı hazırkı vəziyyət, Avropanın enerji təhlükəsizliyi sistemində Azərbaycanın rolu, ölkəmizin Avroatlantik məkana inteqrasiyası müzakirə edilib. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.