?Bazak-inam Sığorta Şirkəti? ASC 2011-ci ilin 1-ci yarımilliyində 24,5%-lik artım əldə edib
?Başak-İnam Sığorta Şirkəti? ASC 2011-ci ilin 6 ayının nəticələrinə görə 1,474 mln manat sığorta haqqı toplamış, 0,65 mln manat sığorta ödənişi həyata keçirmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqqlarında 24,5 %, sığorta ödənişlərində isə 47 % arım olub.
Sığorta haqqlarının artımı elektron cihaz sığortası (75 %), şüşə sınması (39 %), fərdi qəza və xəstəlik sığortası (82 %), sağlamlıq sığortası (85%) və s. növlərində olmuşdur.
Sığorta ödənişlərindəki artım isə kasko (1,5 dəfə), nəqliyyat vasitəsi sahiblərinin mulku mısuliyyəti sığortası (26 dəfə), şüşə sınması (42 %), sağlamlıq sığortası (11%), fərdi qəza və xəstəlik sığortası (1,1 dəfə) üzrə verilmiş ödənişlər nətcəsində qeydə alınmışdır.
Ümumilikdə sığorta ödənişlərinin sığorta hqqlarına nisbəti 46 % təşkil etmişdir.
?Başak-İnam Sığorta Şirkəti? ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi ?İNAM? təkrarsığorta şirkətinin ortaqlığı ilə ?Başak-İnam Sığorta Şirkəti? Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa ?AzərTürkBank? ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor?s reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008?ci ildə qəbul edilmiş ?Sığorta fəaliyyəti haqqında? qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19