Yanacaqdoldurma məntəqələrinə kassa aparatları qoyulacaq
Nazirlər Kabineti Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında qərar verib. MİA Nazirlər Kabinetinə istinadən bildirir ki, Baş nazir Artur Rasizadənin 11 iyul 2011 tarixli qərarına əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılıb ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin.
?Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində yalnız bu qərarın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etsin?-deyə qərarda bildirilir.
Qərar imzalandığı gündən qüvvəyə minib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19