Lavrov həmsədrləri qəbul edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun amerikalı (Robert Bradtke), fransalı (Bernar Fasye), rusiyalı (İqor Popov) həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Görüş zamanı münaqişənin həlli üzrə iyunun 24-də Kazanda keçirilmiş üçtərəfli sammitin nəticələri nəzərə alınmaqla həmsədr ölkələrin gələcək işinin koordinasiya məsələləri müzakirə olunub.
Xatırladaq ki, Sergey Lavrov iyulun 8-də əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edərək prezidentlərə Dmitri Medvedevin Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müraciətini və təkliflərini təqdim edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50