?Son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı aparılan qara piar kamaniyası cəmiyyətdəki mənəvi dəyərlərin aşınmasından xəbər verir?. Bu fikirlər Aydınlar Partiyasının bəyanatında yer alıb. Bəyanatda qeyd olunur ki, A.Paşazadə dini lider kimi təkcə Qafqazda deyil, regionda və dünyada qəbul olunmuş şəxsiyyətlərdəndir. Ona qarşı aparılan qara piar təkcə dini dəyərlərə yox, həm də Azərbaycanın imicinə sayğısızlıqdır. Aydınlar Partiyası demokratik bir təsisat olaraq hər bir şəxsin tənqidinə normal yanaşır. Ancaq son günlər bəzi KİV-lərdə və tədbirlərdə tənqid təhqirə, şər-böhtana çevrildiyindən narahatlıq yaradır. Ona görə də Aydınlar Partiyası hamini bütün Qafqazın şeyxinə münasibətdə ehtiyatlı olmağı, qara piara son qoymağa çağırır.