Medvedevdən Sarkisyana Qarabağ müraciəti
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə ona rusiyalı həmkarı Dmitri Medvedevin təkliflərini və müraciətini çatdırıb. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, bu barədə Ermənistanda səfərdə olan Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Mən Dmitri Anatoliyeviç Medvedevin Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən Kazan görüşünün nəticələri əsasında formalaşdırdığı təklifləri çatdırmışam. Bu təkliflər Rusiya Federasiyasının prezidentinin Ermənistanın dövlət başçısına şəxsi müraciətində yer alıb", deyə Lavrov qeyd edib.
O, bu görüşdən sonra Bakıya gedəcəyini və Azərbaycan prezidenti İlham Əliyevə də Medvedevin analojı müraciətini çatdıracağını bildirib.
S.Lavrov qeyd edib ki, Ermənistan prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərinin və Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib və tezliklə münaqişənin həllində real proqresin əldə edilməsində maraqlı olduqlarını deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50