Bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Rusiya XİN-in rəsmi saytının verdiyi məlumata görə, nazir S. Lavrov prezident Dmitri Medvedevin tapşırığı ilə iyulun 7-8-də Azərbaycana və Ermənistana qısamüddətli səfər edəcək.