30 iyun 2011-ci il tarixdə ?Başak-İnam Sığorta Şirkəti?ASC səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncaqda cəmiyyətin 2010-cu ilin yekunları üzrə Direktorlar Şurasının, Təftiş Komissiyasının, İdarə Heytinin hesabatları dinlənilib, müstəqil auditorun cəmiyyətin 2010-cu ilin yekunları üzrə maliyyə hesabatı təsdiq edilmişdir, xalis mənfəətin bölüşdürülməsinə qərar verilib. Bundan əlavə Ümumi Yığıncaqda cəmiyyətin 2011-cu ilin ilk 5 ayı ərzində göstərdiyi fəaliyyət müzakirə edilmiş, cəmiyyətin ali idarəetmə orqanlarına üzvlər seçilmişdir. Cəmiyyətin səhmdarları yığıncaqda 01.01.2012-ci il tarixə nizamnamə kapitalının 4 mln. manata çatdırılması haqqında da qırar qıbul etmişlər. ?Başak-İnam Sığorta Şirkəti? ASC 9 avqust 1996-cı ildə Türkiyə tərəfdən Başak Sığorta AŞ və Azərbaycan tərəfdən 1994-cü ildə "Turanbank" ASC, "Aqrar-Kredit" SKT və fiziki şəxslərin təsis etdiyi ?İNAM? təkrarsığorta şirkətinin ortaqlığı ilə ?Başak-İnam Sığorta Şirkəti? Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta QSC adı altında təsis edilmişdir. Sonradan bu ortaqlığa ?AzərTürkBank? ASC-də qoşulmuşdur. 2006-ci ildən isə 111 il öncə Fransada yaradılmış, hal-hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən, A+: Standard & Poor?s reytinqli GROUPAMA SA Başak Sığorta AŞ-ni almaqla şirkətin ortaqları siyahısına qatılmışdır. 2008?ci ildə qəbul edilmiş ?Sığorta fəaliyyəti haqqında? qanuna əsasən 23.01.2009-cu il tarixdən şirkət öz təşkilati- hüquqi formasını QSC-dən ASC-yə dəyişmişdir. Hal-hazırda ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin ödənilmiş nizamnamə kapitalı 3 500 000 manat təşkil edir. Şirkət dördü icbari olmaqla 29 sığorta növü üzrə xidmət göstərir. Türk Standartları İnstitutu ?Başak-İnam Sığorta Şirkəti? ASC-nin Keyfiyyət İdarəetmə Sisteminin auditini həyata keçirmiş və tam standartlara uyğun olduğunu nəzərə alaraq TS-EN-ISO 9001:2008 sertifikatına layiq görmüşdür.