Gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsinə tamaşa etməyə gələn qonaqlar üçün atlas hazırlanır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilən məlumata görə, atlasın hazırlanmasında məqsəd müsabiqəni izləməyə gələn xarici vətəndaşların paytaxtımızın ərazisində sərbəst hərəkət etmələri üçün şərait yaratmaqdır. Atlasda Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək. Şəhərdəki obyektlərin, tarixi ərazilərin, görməli məkanların, parkların və digər yerlər dəqiqliklə göstəriləcək.