?Azərbaycan İslam Partiyasının aksiyasını öhdəçilikdən başqa bir şey hesab etmirəm?. Bunu Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı AİP-in aksiyasına münasibət bildirərkən deyib: ?Özlərindən başqa dindarları sevməyən, onlara müxalif olan, bir iki ayəni bilməklə hamını özünə borclu sayan, mədrəsə təfəkküründən ictimai həyata keçməyən, ictimaiyyətin fikir və dərdlərinə şərik olmayan dəstənin keçirmək istədiyi hər bir aksiya ölkəmizin, xalqın, dövlətçiliyimizin və baş verə biləcək demokratik proseslərə çiddi təhlükədi. Dünyanın indiki düzənində radikallıq xalqlar, ölkələr və dövlətlər üçün bədbəxtlik, fəlakət və bəlalardan başqqa bir şey gətirmir. İslam və radikallıq bir yerə sığmır. Dünyanın bir hissəsi olan Azərbaycan da demokrtik proseslərdə iştirak edir və onun bəhrəsini görür. Hesab edirəm ki, bundan da artıq bəhrələnməlidi?. Türkiyədə gedən prosesləri nümunə göstərən AİDP sədri bildirib ki. qardaş ölkədə gedən proseslər islam və demokratiya anlamının yaxınlığı və vacibliyini bizə görməyə imkan verir: ?İslamçılar məhz belə yol tutub, cəmiyyətin qayğısına qaldıqlarını sübut etməlidilər. İndi artıq piket və mitinq erası deyil. Fikir və düşüncə meydanıdı?. AİDP sədri həmçinin bildirib ki, ölkəmizdə demokratik islahatlar o vaxt baş tutacaq ki, dindarlar bu islahatlardan kənarda qalmasınlar: ?Çünki bütün mədəniyyətlərin əsas dirəyi inancdı. Onun qorunması xalq və dövlətçiliyimizin qorunmasıdı?.