?Mozalan? kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqəyə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunmuşdur. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən ?Mozalan? kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilmişdir: 1. ?Ağıllı? və ya ?Nağdsız haqq-hesab? (müəllif: Məlikov Rüfət); 2. ?Lift? (müəllif: Elçin Musaoğlu); 3. ?Heyvanlar aləminə səyahət? (müəllif: Lalə Abbasova). Münsiflər heyətinin müəyyən etdiyi qalib ssenarilər ?Mozalan? studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcəkdir.