Rasim Musabəyov Ankaraya səfər edəcək
Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov iyunun 27-də Türkiyənin Ankara şəhərinə səfər edəcək. Bu barədə MIA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Millət vəkili Azərbaycan tərəfi ilə Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi konfransda iştirak edəcək.
Tədbirdə dünyada və bölgədə baş verən ictimai-siyasi proseslər, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, strateji araşdırmalarla məşğul olan müvafiq qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Səfər iyunun 30-da başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51