Klassik Xalq Cəbhəsi Partiyasının bu gün keçirilən qurultayında partiyanın rəhbərliyinə seçkilər keçirilib. Partiyanın sədrliyinə namizədlərin irəli sürülməsi zamanı Mirmahmud Mirəlioğludan başqa heç kim bu posta iddialı olmayıb. Buna görə də M. Mirəlioğlunun partiya sədrlyinə alternativi olmadan namizədliyi irəli sürülüb və o yenidən KXCP-nin sədri seçilib. Qurultayda həmçinin, partiyanın Ali Məclisi və digər seçkili orqanları formalaşıb. Qurultay işini yekunlşdırıb.