?Bank Respublika? ASC ?Cash by Code? xidmətini istifadəyə verib
Azərbaycanın ?Bank Respublika? ASC ?Cash by Code? adlı yeni xidməti tətbiq edib. Bankın baş ofisindən verilən məlumata görə, ?Cash by Code? xidməti vasitəsi ilə müştərilər plastik kartı olmayan şəxsə pul göndərmək imkanına malikdir. Bankomat vasitəsilə pul göndərmək üçün bankomatın menyusunda ?Cash by Code? (?Pul göndərmək?) bəndi seçilir. Sonra isə pulu göndərmək istənilən şəxsin mobil telefon nömrəsi və məbləğ daxil edilir.
Bankomat 2 hissədən ibarət kod formalaşdırır. Kodun birinci hissəsi çek üzərində çap olunur və göndərən şəxsdə qalır, ikinci hissəsi isə pul alana SMS vasitəsilə göndərilir. Pul alan şəxs göndərən şəxsdən öyrəndiyi kodun 1-ci hissəsini, SMS ilə aldığı 2-ci hissəsi ilə birləşdirir və nəticədə alınan kodu bankomata daxil edərək ona göndərilən məbləği alır. Kod 24 saat ərzində aktivdir.
Bu əməliyyatı pulu alan şəxs kartsız həyata keçirir və bunu ?Bank Respublika?nın bankomatları ilə yanaşı, digər 25 bankın, o cümlədən, Azərbaycan Beynəlxalq Bankı, ?Bank Standard?, ?Xalq Bank? və digər bankların 1200-dən çox bankomatlarında da həyata keçirə bilər.
Bundan başqa, əməliyyat zamanı pulu göndərən şəxsdən yalnız nağdlaşdırma komissiyası çıxılır. Belə ki, ?Bank Respublika?nın bankomatlarından 1%, digər bankların bankomatlarından isə 1,5% komissiya haqqı tutulur.
Xatırladaq ki, ?Bank Respublika? 1992-ci ildən fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19