Azərbaycan prezidenti İlham Əliyev baş vermiş təyyarə qəzası ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib. Rusiya dövlət başçısına ünvanlanan məktubda bildirilir: "Hörmətli Dmitri Anatoliyeviç! Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti"