?Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı yüksək səviyyədədir. Ölkəmiz bu yöndə bütün beynəlxalq sənədlərə və öhdəliklərə əməl edir?. Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Y.Abramov bildirib ki, insan hüquqlarının təminatı demokratiyanın mühüm göstəricilərindən biridir. Onun sözlərinə görə, bəzi müxalifət partiyaları Bakı şəhər rəhbərliyi ilə razılaşdırılmamış mitinqlər keçirməklə Azərbaycanın demokratiya sahəsində qazandığı uğurlara kölgə salmaq istəyirlər. ?Bütün dünyada sivil dövlətlər qanunlarla idarə olunur. Bu baxımdan Azərbaycan da hüquqi-demokratik dövlət olaraq qanunçuluğu başlıca prinsip kimi qəbul edir. Hesab edirəm ki, bəzi müxaliflərin bu cəhdləri Azərbaycanın uğurlarına kölgə salmayacaq?- deyə Y.Abramov qeyd edib.