Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Aİ-nin genişləndirilmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle ilə birlikdə rəsmi nahar edəcək. Bu barədə Aİ-nin rəsmi saytının məlumatında deyilir. Bundan başqa, iyunun 20-dən 26-dək Brüsseldə Avropa İttıfaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmstrem, ticarət məsələləri üzrə komissar Karl de Quhtun çıxışları gözlənilir. Avropa komissarı Füle ?Avronest? Parlament Assambleyasının iclasında da iştirak edəcək.