?Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün bütün imkanlar mövcuddur?. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Milli Məclis tərəfindən QHT-lər haqqında qəbul olunub və bu qanun onların fəaliyyətinin hüquqi baxımdan tənzimləyir. ?Eyni zamanda, dövlət tərəfindən QHT-lərin inkişafı üçün maliyyə də ayrılır, onlara zəruri dəstək verilir. Burada məqsəd vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin daha səmərəli şəkildə fəaliyyət göstərməsidir. Hazırda dövlət və QHE-lərin əməkdaşlığı yüksək səviyyədədir. Ona görə də, QHT-lər öz fəaliyyətində daim milli maraqları üstün tutmalıdırlar? deyə komitə sədrinin müavini vurğulayıb.