unun 20-də Asiya İnkişaf Bankının nəqliyyət üzrə missiyası Azərbaycana gələcək. Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyindən verilən məlumata görə, səfərdə məqsəd AİB-in maliyyələşdirdiyi yol infrastrukturlarının tikintisinin hazırkı vəziyyətini qiymətləndirməkdir. Səfər şərşivəsində missiya Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin rəsmiləri ilə və ?Azəryolservis?in nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti bankın maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisi layihəsinin institusional, inzibati, təşkilati, texniki, ətaf mühit, sosial, iqtisadi və maliyyə tərəflərini də nəzərdən keçirəcək.