Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
Komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd parlamentə prezident İlham Əliyev tərəfindən təqdim olunub. Konvensiya 2000-ci il oktyabrın 20-də Florensiya şəhərində imzalanıb, 4 fəsil, 18 maddədən ibarətdir. Sənəd landşaftın mühafizəsi, idarə olunması, planlaşdırılması və bu məsələlər üzrə Avropada əməkdaşlığı təmin etmək məqsədi daşıyır.
Müzakirələr zamanı bildirilib ki, bu sənəd Azərbaycanın işğal altında olan torpaqlarında landşaftın, təbii və mədəni irsin qorunması baxımından hüquqi baza yaradır.
İclasın sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51