?Flydubai? aviazirkəti yeni ?Boeing? təyyarəsi alıb
?Flydubai? aviaşirkəti hava donanmasını genişləndirərək təyyarələrin sayını 17-yə çatdırıb.
Şirkətdən verilən məlumata görə, dəyəri 80 mln. ABŞ dolları olan yeni ?Boeing 737-NG800? təyyarəsi Yaxın Şərq, Asiya, Afrika və Avropaya istiqamətlənən 36 hava marşrutuna qatılacaq.
ABŞ-ın Sietl şəhərindəki təyyarə zavodunda inşa edilmiş ?Boeing 737-NG800? yeni ?Sky Interior? dizaynı və ?Fibre-To-The-Screen? mütərəqqi uçuş sistemi ilə təchiz edilib. Hazırda ?Flydubai?ın donanmasında 10 ədəd bu cür təyyarə mövcuddur. Yeni təyyarə Dubay-Bakı marşrutu üzrə də birbaşa uçuşları yerinə yetirəcək.
Qeyd edək ki, ?Flydubai? şirkəti 2008-ci ilin mart ayında təsis edilib və 2009-cu ilin iyun ayından başlayaraq uçuşları yerinə yetirməyə başlayıb. Hazırda şirkət 33 marşrut üzrə aviareyslər yerinə yetirir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19