Saakazvili Elmar Məmmədyarovu qəbul edib
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Təkbətək görüşdə Mixail Saakaşvili və Elmar Məmmədyarov iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərin geniş spektrini müzakirə edib.
Məmmədyarov həmçinin Gürcüstanın baş naziri Nika Qilauriylə də görüşüb.
Tərəflər energetika və nəqliyyat sferalarında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə əsas diqqət Qars-Axalkələk dəmir yolunun tikintisinə ayrılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50