Mədəniyyət və Turizm Nazirliyi Klassik Xalq Cəbhəsi Partiyasına (KXCP) qurultay keçirmək üçün yer ayırıb. Bu barədə MIA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Nazirlik partiya üçün Nəsimi rayonunun ərazisində yerləşən Hüseyn Sarabski adına Mədəniyyət Evini ayırıb. Partiyaya qurultay üçün yer ayrılması səbəbindən KXCP-nin bu günə Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət və Turizm Nazirliyinin binaları qarşısına Yer ver şüarı ilə təyin etdiyi aksiyaları təxirə salıb.