Qarabağ qaziləri Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrindən razı qalıblar
?Qarabağ qaziləri? ictimai birliyi dünən - iyunun 12-də qardaş Türkiyədə
keçirilən parlament seçkilərinin nəticələrindən razı qalıblar. Bu barədə
birliyin sədri Etimad Əsədov məlumat verib.
Onun sözlərinə görə, bu gün birlik bununla bağlı Türkiyənin ölkəmizdəki səfirliyinə təbrik məktubu göndərib: ?Biz də digər həmvətənlilərimiz kimi, Türkiyədə keçirilən növbəti
parlament seçkilərini diqqətlə izləyirdik. Həm seçki öncəsi vəziyyət,
namizədlərin təbliğat və təşviqat kampaniyaları, həm də seçki günü səsvermə
prosesi tam demokratik, şəffaf, ədalətli şəraitdə başa çatmasına çox
sevinirik. Bir qardaş ölkə olaraq Türkiyənin uğurlarına həmişə sevinir,
acılarına isə kədərlənirik. Dünən bütün dünyanın - türklərin dostlarının da,
düşmənlərinin də gözü Türkiyədə idi. Qardaş ölkə növbəti seçki sınağından
üzü ağ çıxdı. Türkiyə bununla bir daha dünyaya demokratiya dərsi keçmək
niyyətində olan dövlətlərə sözün yaxşı mənasında böyük dərs verdi?.
Qarabağ qaziləri seçkidə qalib gəlmiş Ədalət və İnkişaf Partiyasının
üzvlərini, onun rəhbəri Rəcəb Teyyub Ərdoğanı da təbrik ediblər: ?Biz
parlament seçkilərində xalqın əksəriyyətin səsini toplayıb qalib gələn Ədalət
və İnkişaf Partiyasını, onun rəhbəri, Türkiyənin baş naziri Rəcəb Teyyub
Ərdoğanı təbrik edirik. Düşünürük ki, yenidən təkbaşına hökumət
formalaşdırmaq şansı əldə etmiş hörmətli Rəcəb Teyyub Ərdoğan Azərbaycanın
ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində xalqımıza
yardımçı olacaqdır. Dünyəvi, hüquqi, milli və dini dəyərlər sadiq bir
hakimiyyətin Azərbaycana böyük fayda verəcəyini düşünürük?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50