Bu gün, yəni iyunun 13-ü populyar müğənni, Vaqif Gərayzadə yetirməsi, eks-şeronçu Elnur Məmmədov subaylığın daşını atacaq. Öz doğmaca dayısı qızı ilə evlənən 28 yaşlı Elnurun toyunda tamadalığı aparıcı Nəsib Nur, toyun aparıcı müğənnisi isə ?Şeron? qrupunun solisti Rüstəm Zeynallı olacaq. Toyun gedişi üçün maraqlı ssenari və video görüntülər də hazırlanıb. ?Kral? şadlıq sarayında keçəcək toyda müğənni özünün bütün sənət dostlarını başına yığacaq.