Əhalinin ərzaq və qeyri-ərzaq malları üzrə xərcləri 10% artıb
Azərbaycan əhalisi 2011-ci ilin yanvar-may aylarında ticarət obyektlərindən 6,2 mlrd. manat məbləğində ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövründə əhali ticarət obyektlərindən 3,9 mlrd. manatlıq ərzaq, 2,3 mlrd. manatlıq qeyri-ərzaq malları alıb.
Yanvar-may aylarında Azərbaycan əhalisinə 1,9 mlrd. manat məbləğində xidmət göstərilib ki, bu da 2010-cu ilin analoji dövrünün göstəricisindən 8,8% çoxdur. Bununla yanaşı, xidmətlərin 77,7%-i hüquqi, 22,3%-i isə fiziki şəxslər tərəfindən göstərilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə onlar tərəfindən göstərilən xidmətlərin həcmi müvafiq olaraq 7,1% və 15,2% artıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19