Tahir Abbaslı: ?Həmsədr ölkələr nə qədər ki, Ermənistana təzyiq etməyiblər, məsələ sülh yol ilə həll olunmayacaq?
Prezidentlərin Kazan görüşü yaxınlaşdıqca Qarabağla bağlı açıqlamaların sayı da artır. Bunların arasında nikbin açıqlamalar üstünlük təşkil edir. Əksər fikirlərdə Kazanda müəyyən razılaşmaların əldə olunacağına işarə var. Hətta rəsmilərin də açıqlamlarında müəyyən qədər nikbinlik müşahidə olunur.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən AİDP sədri hacı Tahir Abbaslı məsələnin sülh yolu ilə həllinə tərəfdar olsa da Kazanda sülhün əldə olunacağına ümid etmir: ?Düzdür, prezidentlərin Dovil bəyanatı, bəzi ölkələrin rəsmilərinin açıqlamaları müəyyən ümidlər yaradır. Xatırladım ki, bu tipli açıqlamalar əvvəlki görüşlərdə də olmuşdu. Amma nəticəsi ürəkaçan olmadı. Fikrimcə həmsədr ölkələr nə qədər ki, Ermənistana təzyiq etməyiblər, məsələ sülh yol ilə həll olunmayacaq. ABŞ, Rusiya və Fransa Ermənistan hakimiyyətinə təzyiq etmir. Ona görə də Kazan görüşünün müsbət nəticələnəcəyinə inanımıram. Ola bilsin ki, Həştərxan görüşündəki kimi hansısa bir sənədə imza atılsın. Amma bu sülh sazişinin hazırlanması prosesinə yol açmayacaq. Digər tərəfdən Azərbaycan və Ermənistan referendum məsələsində heç bir yaxınlaşma əldə etməyiblər. Belə ki, Ermənistan rayonların boşaldılması müqabilində Dağlıq Qarabağda keçiriləcək səsvermənin vaxtının müəyyənləşdirilməsini tələb edir. Azərbaycan isə bununla razılaşmır. Bu məsələ də həll olunmadığından Kazan görüşündə Ermənistanın hər hansı razılaşmaya imza atacağına inanmıram?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51